İlham Əliyev “Microsoft” Korporasiyasının vitse-prezidenti ilə görüşüb
28 Yanvar 2011 Cümə 00:20
Prezident: ““Microsoft” şirkətinin ölkəmizdə daha geniş fəaliyyəti üçün yaxşı imkanlar var”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Davosda “Microsoft” Korporasiyasının vitse-prezidenti və “Microsoft İnternational” şirkətinin prezidenti Jan-Filip Kurtua ilə görüşüb.

Jan Filip Kurtua Prezident İlham Əliyev ilə bundan əvvəlki görüşünü xatırladaraq təmsil etdiyi şirkətin ölkəmizdə səmərəli fəaliyyət göstərməsi üçün verdiyi dəstəyə görə dövlət başçısına minnətdarlıq edib. O, neft gəlirlərinin insan kapitalına çevrilməsi ilə bağlı Azərbaycan Prezidentinin fikirlərinin və ölkəmizdə təhsil sisteminin inkişafına böyük həcmdə investisiyaların qoyulmasının önəmini vurğulayıb.

Prezident İlham Əliyev “Microsoft” şirkətinin Azərbaycanda fəaliyyətinin genişlənməsində və ölkəmizin bu şirkətlə əməkdaşlıqda maraqlı olduğunu deyərək bildirib ki, Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sistemi inkişaf edir və “Microsoft” şirkətinin ölkəmizdə daha geniş fəaliyyəti üçün yaxşı imkanlar var.

Görüşdə Azərbaycanın indiki inkişaf tempinin və Prezident İlham Əliyevin bununla bağlı həyata keçirdiyi fəaliyyətin nəticələrinin “Microsoft” ilə əməkdaşlığın dərinləşməsi üçün geniş imkanlar açdığı vurğulanıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar