İlham Əliyev “Azərtoxum” MMC–nin açılışını edib
14 Oktyabr 2010 Cümə Axşamı 18:00
Ölkə başçısı toxumçuluq müəssisəsinin istehsal prosesi ilə tanış olub, hazır məhsulların sərgisinə baxıb.
Bu gün prezident İlham Əliyev Yevlaxa səfəri çərçivəsində “Azərtoxum” MMC toxumçuluq müəssisəsinin açılışında iştirak edib.
Müəssisədə yaradılmış şəraitlə tanış olan İ. Əliyevə məlumat verilib ki, “Azərtoxum” MMC toxumçuluq müəssisəsinin tikintisi üçün 7 hektar torpaq sahəsi ayrılıb. Tikintisinə 2009-cu ilin iyununda başlanmış müəssisə 80 tonluq qapandan, tutumları 1000, 1500 və 2500 ton olan 12 anbardan, toxum laboratoriyasından, təmir sexindən, yanacaqdoldurma məntəqəsindən və evlərdən ibarətdir. Müəssisədə 80 nəfər daimi işlə təmin olunub.
Dövlət başçısı müəssisənin işə düşməsini bildirən düyməni basıb, istehsal prosesi ilə tanış olub, hazır məhsulların sərgisinə baxıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: