İki xidmətə 50% güzəşt
31 Mart 2011 Cümə Axşamı 19:57
“Bank Respublika” “Card-to-Card” və “PİN change” xidmətlərinin tariflərini 2 dəfə azaldıb.
“Bank Respublika”nın plastik kart sahibləri üçün faydalı xəbər var. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bankın müştəriləri “Card-to-Card” və “PİN change” xidmətlərinin tarifləri 2 dəfə azaldılıb.

Belə ki, “Card-to-Card” xidməti müştərilərə öz kartından digər karta dərhal pul köçürmək imkanı verir. Bu xidmətin komissiyası 0,5 faizdan 0,25 faizə qədər azaldılıb.

Plastik kartın PİN kodunu daha yadda qalan kod ilə dəyişməyə imkan verən “PIN Change” xidmətinin komissiyası isə 3 manatdan 1,5 manata endirilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar