İcbari sığorta növünün təkmilləşdirilməsi üzrə proses başlayıb
26 Aprel 2011 Çərşənbə Axşamı 16:47
Çingiz Əsədullayev: “Ölkədə aparılan islahatların dinamikası ilə sığorta bazarının inkişafı səviyyəsi arasında uyğunsuzluq var”.
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədr müavini, “İcbari Sığortalar haqqında” qanun layihəsinə dair İşçi qrupunun rəhbəri Çingiz Əsədullayev ilə Azərbaycan Sığortaçılar Assosiasiyasin (ASA) rəhbəri və əsas sığorta şirkətlərin nümayəndələri arasında görüş keçirilib. Assosiasiyadan ANS PRESS-ə verilən məlumata görə, görüşün iştirakçıları qeyd edib ki, qanunun qəbul edilməsi mülkiyyətin təhlükəsizliyinin təmin edilməsi, dövlət vəsaitinə qənaət edilməsi və risklərdən müdafiəyə imkan verəcək.
Bundan başqa qeyd olunub ki, qanun həm sığorta olunanın, əhalinin maraqlarını müdafiə etməlidir, həm də sığortaçılarının maraqlarını qorumalıdır, onları qeyri-proporsional sığorta tariflərinə görə, franşıza olmaması halında yaxud zərərlərin artıq ödənişləri üçün təkrar sığorta ödəmə halda faydasız iqtisadi vəsiyyətinə salmamalıdır. Həm deputatlar, həm sığortaçılar başa düşür ki, icbari sığorta - əhalinin təhlükəsizliyidir, zərər alınması nəticəsində maliyyə zərələrin ödəməsinin aydın mexanizmdir.
Çingiz Əsədullayevin sözlərinə görə, bu gün ölkədə aparılan islahatların, sürətləndirilmiş iqtisadi inkişafın dinamikası ilə sığorta bazarının inkişafı səviyyəsi arasında uyğunsuzluq var: “Müzakirə olunan qanun layihəsi sözsüz ki, bu disbalansı azaldacaq, ancaq onu daha da optimallaşdırmaq və ən əsası əhali üçün maksimum anlaşıqlı etmək lazımdır. Bu zərər olduğu halda maliyyə itkilərinin ödənilməsinin anlaşılan mexanizmi olmalıdır”.
O, qanunun ayrı texniki aspektlərinin yenidən işlənilməsi, qanunun icrasına nəzarətin yollarını fikirləşməyi və regionlarda həyata keçirilməsinin çətinliklər üzrə təkliflərin hazırlanmasını məsləhət görüb.
Xatırladaq ki, bu yaxınlarda işçi qrupunun geniş tərkibli iclası keçiriləcək və sığortaçılar Milli Məclis üzvlərinə görülmüş işlər və edilmiş dəyişikliklər barədə təqdimat verəcəklər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: