HTC şirketi gelirlerini itirir
31 İyul 2013 Çərşənbə 07:27
HTC şirketinin ikinci rübde evvelki rüble müqayisede gelirleri 83 faiz aşağı düşüb.
Tayvanın HTC (EyçTiSi) smartfon və tablet telefonları istehsalıçısı smartfon bazarında ən çox gəlir itirən şirkətlərdən birinə çevrilib. ANS PRESS-in Euronews telekanalına istinadən verdiyi məlumata görə, şirkətin ikinci rübdə əvvəlki rüblə müqayisədə gəlirləri 83 faiz aşağı düşüb. Bununla belə, şirkət rəsmiləri gələn rübdə də azı 30 faiz geriləmə olacağını proqnozlaşdırılar. Bu isə smartfon bazarında şirkətin rəqabət gücünü daha da aşağı salacaq.

Ümumilikdə isə, şirkətin gəlirləri 2005-ci il ilə müqayisədə 44 fazi aşağı düşüb. Qeyd edək ki, oxşar aqibəti Almaniyanın Nokia və Bləkberi şirkətləri də yaşayırlar. Hazırda bütün istehsalçılar Amerikanın Əpl və Cənubi Koreyanın Samsunq şirkətləri ilə rəqabətdə məğlub olurlar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar