Hesablama Palatası yoxlamalara başlayıb
18 Fevral 2010 Cümə Axşamı 16:10
Hesablama Palatası yoxlamalara başlayıb. Bu audit orta hesabla 1 ay çəkəcək.
Azərbaycan Hesablama Palatası (AHP) bu il ilk auditor yoxlamasına başlayıb. Bakının Təhsil İdarəsində mərkəzləşdirilmiş şəkildə ayrılan büdcə vəsaitlərinin proqnozlaşdırılması, işlənməsi və icrası analiz edilir. Palatadan Turan-a verilən məlumata görə, audit proqramı AHP Kollegiyası tərəfindən yanvarda təsdiq edilib.

"Azeryolservis" ASC-də də yoxlamalar başlanılıb. Orada dövlət büdcəsindən ayrılan investisiya vəsaitlərinin həcmi, strukturu və vaxtında xərclənməsi öyrənilir, Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şöbəsində gəlir və xərclərin icrası keyfiyyəti yoxlanılır.

AHP-nin yoxlamaları orta hesabla 1 ay çəkir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar