Hər kəsi güzəştli kreditlər maraqlandırır
14 Oktyabr 2011 Cümə 19:45
İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə 4118 müraciət daxil olub.
İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə bu il yanvar-sentyabr ayları ərzində Telefon Məlumat Mərkəzinə 4118 müraciət daxil olub. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, müraciətlər əsasən, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilən güzəştli kreditlər, sahibkarlıq fəaliyyəti, istehlakçıların hüquqlarının müdafiəsi, eləcə də Nazirliyin səlahiyyətlərinə aid olan digər məsələləri əhatə edib.

Telefon Məlumat Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, şikayət xarakterli müraciətlər isə müvafiq qaydada qeydiyyata alınaraq, nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılmış və nəticəsi barədə müraciətçilərə məlumat verilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar