Hər gün 20 min dollar
28 Mart 2011 Bazar Ertəsi 20:30
"A-Qroup" sığorta şirkəti sığorta olunanlara hər gün məhs bu qədər ödəyir
"A-Qroup" sığorta şirkəti sığorta olunanlara hər gün 20 min dollar ödəyir. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, “A-Qroup"un məlumatlarının təhlili göstərdi ki, şirkətin sığorta olunanlara gündəlik ödənişləri 20 000 dollar təşkil edir. Bu isə "A-Qroup"un etibarlılığını, maliyyə sabitliyini və müştərilərini nəzərə aldığını növbəti dəfə təsdiq edir.
2010-cu il üçün şirkətin sığorta ödənişlərinin həcmi 5 594 726 manat təşkil edib. Ödənişlərin çox hissəsi könüllü tibbi sığortanın və avtomobil nəqliyyatı sığortasının payına düşüb. Ötən il əmlak sığortası, xaricə gedən şəxslərin tibbi xərclərinin sığortalanması, üçüncü şəxslər qarşısında məsuliyyət sığortası, nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, yanğından icbari sığorta üzrə ödənişlər üzrə əlamətdar olub.
Təsis olunduğu gündən "A-Qroup" sığorta şirkəti könüllü tibbi sığorta üzrə liderliyini saxlayır. Buna tibbi ekspertlərin çoxillik təcrübəsi, Azərbaycanın ən yaxşı klinikalarının geniş tərəfdaşlıq şəbəkəsi və əlbəttə ki, "MediClub" şirkətinin xidmətlərindən müstəsna istifadə hüququ xidmət edir.
Sığorta şirkəti KASKO-nun, əmlak sığortası, tikinti-montaj risklərinin sığortalanmasında yaxşı nəticələrə nail olub. İpoteka sığortalanmasında da xeyli nəticələr əldə edilib. 2010-cu il üçün sığorta yığımlarının ümumi həcmi 7 123 661 manat təşkil edib.
Ötən ilin avqustunda Azərbaycan Maliyyə Nazirliyi "Sığorta fəaliyyəti haqqında" qanuna uyğun olaraq "A-Qroup" şirkətinə sığorta fəaliyyəti göstərməsi üçün müddətsiz lisenziya verib. İlin əvvəlində şirkətin beynəlxalq keyfiyyət standartına (ISO 9001) uyğun olması bir daha təsdiq edilib.
"A-Qroup" Beynəlxalq Maliyyə Korporasiyası (BMK) tərəfindən korporativ idarəetmənin təkmilləşdirilməsi üzrə pilot proqramın ikinci mərhələsi çərçivəsində seçilən yeganə sığorta şirkətidir.
Qeyd edək ki, "A-Qroup" 1995-ci ildə təsis edilib və sığortanın 14 könüllü və icbari sığortanın 3 növü üzrə xidmət göstərir.
DOSTLARINLA PAYLAŞ: