Həftəlik birja
12 İyun 2010 Şənbə 23:40
Həftəlik birja. Həftə neftin bahalaşması ilə yadda qalıb.
Bu həftə birjalarda neft bahalaşıb. Həftənin əvvəlində 73 dollar 88 sentə satılan “Azerilight” markalı Azərbaycan neftinin qiyməti həftə sonu 75 dollardan baha olub.

Neftin bahalaşması avronun möhkəmlənməsi fonuda baş verib. Belə ki, kəskin ucuzlaşmadan sonra Avropa valyutasının məzənnəsi həftə ərzində 2 sent möhkəmlənərək 1 dollar 21 sentə qalxıb.

Bu həftə əmtəə bazarlarında qızılın qiyməti növbəti rekordunu təzələyib. Qiymətli metalın unsiyası tarixində ilk dəfə 1248 dollara satılıb. İndi qızılın unsiyası 1230 dollar və ya qramı 39 dollar 67 sentədir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar