Həftəlik birja
29 May 2010 Şənbə 23:30
Bu həftə dünya bazarında neftin kəskin ucuzlaşması dayanıb.
Ötən həftədən fərqli olaraq bu həftə dünya bazarında neftin kəskin ucuzlaşması dayanıb. Amma həftənin əvvəlində “azərilayt” markalı Azərbaycan nefti 74 dollardan 71 dollara qədər ucuzlaşsa da həftə sonuna doğru qiymət yenidən 75 dollara qalxıb. Dünənki hərraclarda isə Azərbaycan nefti 75 dollar 24 sentə satılıb.
Bu həftə maliyyə bazarlarında da sabitlik müşahidə olunub. Yalnız 2 gün - mayın 24-ü və 27-si istisna olmaqla qalan günlər 1 avro 1 dollar 22 sentə dəyişdirilib. Həmin günlərdə isə məzənnə 1 dollar 23 sent təşkil edib. Mütəxəssislərin fikrincə son günlər avronun sabitləşməsinə və neftin qiymətindəki artıma avrozonada iqtisadi vəziyyətin yaxşılığa doğru dəyişməsi barədə məlumatlar səbəb olub.
Maliyyə və xammal bazarlarında sabitlik olsa da qiymətli metallar bahalaşıb. Həftənin əvvəlində 1192 dollara satılan qızılın unsiyası həftə sonuna doğru 1215 dollara qədər bahalaşıb. İndi qızılın qramı 39 dollar 19 sentdir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: