Həftə qızılın kəskin bahalaşması ilə yadda qalıb
09 Oktyabr 2010 Şənbə 23:40
Tarixdə ilk dəfə olaraq qızılın bir qramı 43 dollar 39 sentə təklif edilib.
Bu həftə dünya bazarında qızılın kəskin bahalaşması ilə yadda qalıb. Həftənin ilk iş günündə bir unsiyası 1316 dollar olan qızıl, həftəsonu 29 dollar bahalaşaraq 1345 dollara yüksəlib. Bununla da, tarixdə ilk dəfə olaraq “qiymətli metal”ın bir qramı 43 dollar 39 sentə təklif edilib.
Bu həftə avronun dollara nəzərən məzənnəsi daha 3 sent möhkəmlənib. Həftənin əvvəlində 1 avro 1 dollar 36 sentə dəyişdirilirdisə, indi Avropanın vahid valyutası 1 dollar 39 sentə dəyişdirilir.
Həftə ərzində ərzaq buğdasının kiloqramında da 2 sentlik bahalaşma müşahidə edilib. Beş gün əvvəl kiloqramı 25,1 sentə olan ərzaq buğdası indi 27,8 sentədir.
Bu həftə “qara qızıl”ın qiymətində elə də ciddi dəyişiklik olmayıb. Həftənin əvvəlində 85 dollar 59 sentə olan “Azerilight” Azərbaycan nefti həftəortası 87 dollara qədər yüksəlsə də, sonradan qiymət 85 dollar 96 sentə düşüb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: