Həftə neftin bahalaşması ilə başladı
24 Yanvar 2011 Bazar Ertəsi 10:35
“Qara qızıl”ın bahalaşmasına səbəb ABŞ və Avropa iqtisadiyyatının bərpa olunmasıdır.
Bu gün bazar ertəsi dünya birjalarında keçirilən hərraclarda neftin qiyməti yenidən qalxıb. “Qara qızıl”ın bahalaşmasına səbəb ABŞ və Avropa iqtisadiyyatının bərpa olunmasıdır ki, bu, yanacağa olan təlabatın artmasına gətirib çıxaracaq.

Nyu-Yorkun NYMEX (New York Merchantile Exchange) əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI (Light Sweet Crude Oil) neftinin ixracına dair yanvar müqaviləsinin dəyəri isə 0,26 dollar və ya 0.29 faiz bahalaşaraq 1 barelə görə 89,31 dollar təşkil edib.

Bu gün ICE (InterContinental Exchange Futures) London qitələrarası birjasında Brent Crude Oil markalı neftin 1 barelinin dəyəri 0,4 dollar və ya 0.41 faiz artaraq 98,00 dollar təşkil edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar