Gürcüstan «Beneton» şirkətinin Türkiyədəki nümayəndəliyini qanun çərçivəsində fəaliyyət göstərməyə çağırıb. ANS PRESS-in RİA Novosti agentliyinə istinadən yaydığı məlumata görə, Gürcüstanın XİN rəhbəri Qriqol Vaşadze şirkətin Gürcüstan qanunverijiliyinə tabe olmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, «Beneton» şirkəti Suxumi şəhərində dükan açmağı planlaşdırır.
Vaşadze bildirib ki, əgər hər hansı şirkət Gürcüstan qanunvericiliyinə tabe olmursa yaxud qanun pozuntuları ilə fəaliyyət göstərirsə, Gürcüstan tərəfi ona qarşı qanuni və iqtisadi sanksiyaları tətbiq edəcək.