Gürcüstan Azərbaycandan qazın idxalını 30% artıracaq
22 Noyabr 2011 Çərşənbə Axşamı 18:34
Gürcüstan Azərbaycandan qazın idxalını 30% artıracaq. Qonşu ölkə “Hər ailəyə qaz” proqramını reallaşdırır.
Gürcüstan 2012-ci ildən Azərbaycandan təbii qazın idxalını 30% artıracaq. ANS PRESS-in Gürcüstan saytlarına istinadən verdiyi məlumata görə, Gürcüstanın neft və qaz korporasiyasının baş direktoru Zurab Cancqava bildirib ki, Azərbaycandan təbii qazın idxalının artırılmas Gürcüstan prezidentinin “Hər ailəyə qaz” proqramının reallaşdırılması, eləcə də ölkədə istehsal gücünün artması ilə bağlıdır.

O qeyd edib ki, təbii qazın idxalının genişləndirilməsi Azərbaycanla Gürcüstan ərazisini birləşdirən yeni magistral qaz kəməri məntəqəsinin tikintisini sayəsində mümkün olub.

Xatırladaq ki, 2010-cu ilin nəticələrinə görə, Azərbaycan Gürcüstan bazarına təxminən 800 milyon kub metr qaz nəql edib. Cari ildə qazın nəqlini təxminən 900 milyon kub metrə çatdırmaq planlaşdırılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar