Gündəlik neft hasilatı artırıldı
12 İyun 2010 Şənbə 13:25
Bu il dünyada neftin istehlak proqnozu 86,4 mln. barel səviyyəsində müəyyənləşdirilib.
Beynəlxalq Enerji Agentliyi bu il dünyada neftin istehlakı üzrə proqnozunu günə 60 min barel artıraraq 86,4 milyon barel səviyyəsində müəyyənləşdirib. 2010-cu ildə ötən illə müqayisədə neftin istehlakı 1,7 milyon barel və ya 2 faiz artacağı proqnozlaşdırılır.
Proqnozun yüksəlməsinə əsas səbəb kimi, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına daxil olan ölkələr üzrə gözləmələrdən daha müsbət makroiqtisadi statistika qeyd olunur.
Eyni zamanda, agentlik bu ilin mayında dünyada neft hasilatı əvvəlki ayla müqayisədə günə 575 min barel azalaraq 86,3 milyon barelə çatdığını bəyan edir. O cümlədən neft ixrac edən ölkələr təşkilatına üzv olan dövlətlər tərəfindən may ayında gündə 29,02 milyon barel neft hasil olunub ki, bu da aprelin göstəricisindən 30 min barel azdır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: