“Günay Sığorta”nın lisenziyası bərpa olunub
30 Avqust 2010 Bazar Ertəsi 16:40
“Günay Sığorta" şirkəti yenidən sığorta fəaliyyəti aparmaq hüququ verən lisenziya alıb.
Maliyyə Nazirliyinin müvafiq əmri ilə “Günay sığorta” Açıq Səhmdar Cəmiyyətinə sığorta fəaliyyəti aparmaq hüququ verən lisenziyanın qüvvəsi bərpa edilib. Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, buna səbəb lisenziyasının qüvvəsinin dayandırılmasına əsas verən halların aradan qaldırılmasının təmin edilməsidir.
Qeyd edək ki, "Gunay Sığorta" şirkəti 1992-ci ildə təsis edilib. 2008-ci ilin yayında şirkət müddətsiz llisenziya alıb və 15 könüllü və 7 icbari növ üzrə xidmət göstərir. Şirkətin nizamnamə kapitalı 1,6 milyon manatdır. Şirkətin təsisçiləri "Gunay Bank" (səhmlərin 65,4 faizi) və iki fiziki şəxsdir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: