General Motors rekord məbləğdə tarixi cərimi ödəyəcək
21 Oktyabr 2010 Cümə Axşamı 11:50
ABŞ hökuməti “General Motors” şirkətini 773 milyon dollar dəyərində cərimələyib.
ABŞ hökuməti bu ölkənin və dünyanın ən iri avtomobil istehsalçılarından biri olan “General Motors” (GM) şirkətini 773 milyon dollar dəyərində cərimələyib. Bu cərimənin tətbiq olunmasına səbəb avtomobil konserninin ekologiyaya vurduğu ziyandır.
Qeyd edək ki, bu, ABŞ tarixində tətbiq olunan ən böyük cərimə məbləğidir. ABŞ administrasiyasından bildiriblər ki, artıq 14 ştatla təmsil olunan ABŞ federal hakimiyyəti bununla bağlı məsələni Manhetten müflislik üzrə məhkəməsinə verilib.
Şirkət nümayəndələri isə bildirir ki, cərimə şəklində konsern hökumətə daha əvvəl kredit olaraq aldığı vəsaiti ödəyəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: