Gənc ailələrin həyat şəraitinin yaxşılaşdırılması üçün Reabilitasiya Proqramı hazırlanır. Bu barədə Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib. Onun sözlərinə görə, sənəddə geniş tədbirlər əksini tapacaq.
"Bizim komitədə sosial durumu ağır olan ailələrin müdafiəsi üçün layihə hazırlanır. Burada bir neçə məsələ əsassdır: işlə təmin olunma, xüsusi maliyyə dəstəyi, ipoteka kreditində və mənzil təminatında güzəştlər həmin qanunda ehtiva olunmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də bu proqram üzərində işləyir. Son nəticə ailənin möhkəmlənməsinə yönəldilib". /ANS TV/