Fransızlar məhsullarımıza heyran qalıb
27 May 2010 Cümə Axşamı 18:00
Azərbaycan məhsulları 53-cü ənənəvi Beynəlxalq Yarmarkada nümayiş olunub.
Fransanın şimal-qərbində, Aşağı Normandiya regionunda yerləşən L’eql şəhərində 53-cü ənənəvi Beynəlxalq Yarmarka keçirilib. Müxtəlif ölkələrdən 150-dən çox rəsmi şəxsin və iş adamlarının iştirak etdiyi tədbirdə Azərbaycanı İqtisadi İnkişaf Nazirliyinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndələri təmsil edib. İqtisadi İnkişaf Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yarmarkada Azərbaycanda istehsal edilən zeytun yağları, çay, meyvə şirələri, şərab məhsulları, AZPROMO-nun ölkəmizin iqtisadi inkişafı, biznes mühiti və investisiya imkanlarına dair bukletləri nümayiş olunub. Azərbaycan məhsulları tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tədbir çərçivəsində Azərbaycanın biznes mühiti və investisiya imkanlarına dair təqdimat keçirilib, ölkəmizin iqtisadi inkişafı, potensial biznes və investisiya imkanları barədə geniş məlumat verilib. Təqdimat zamanı Azərbaycan mədəniyyəti, turizm imkanları və milli mətbəximizlə bağlı video çarx nümayiş olunub.

Səfər zamanı nazirliyin əməkdaşları L’eql şəhərində ötən əsrin 70-ci illərində yaradılmış 3 sənaye şəhərciyinin fəaliyyəti ilə də tanış olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar