Fitch Azərbaycanda 2 bankın reytinqini yüksəldib
28 Mart 2012 Çərşənbə 14:52
2 bankın reytinqini isə təsdiq edib
Fitch Ratings Beynəlxalq Reytinq agentliyi “DəmirBank”, “Unibank” və emitent defoltunun uzunmüddətli reytinqlərini “В“səviyyəsindən “B” səviyyəsinə təsdiq edib. Bu barədə agentliyin məlumatında deyilir.
Eyni zamanda Fitch daha iki Azərbaycan bankının “Texnikabank” və “AGBank”ın emitent defoltunun uzunmüddətli reytinqlərini “B-" səviyyəsində təsdiqləyib.
Dörd bankın hər birinin reytinq üzrə proqnozları “Sabitdir”.
“DəmirBank” və “Unibank”-ın reytinqlərinin yüksəlməsi böhrandan sonra kreditödəmə qabiliyyətinin nisbətən dayanıqlı olduğunu, bunun da aktivlərin keyfiyyətinin yaxşılaşmasını sübut etdiyini (DəmirBank) və qarşılaşdırılan banklarla müqayisədə zərərləri örtmə potensialının artması (Unibank) barədə Fitchin rəyini əks etdirir
Hər iki bankın mənfəətliliyi böhranaqüüədərki səviyyə ilə müqayisədə nəzərə çarpacaq dərəcədə azalıb, onlar kassa metodu ilə mənfəət əldə etməyə davam edirlər, toplanmış problemli kreditlər isə lazımi qaydada etiraf edilib və onlar üzrə adekvat ehtiyatlar formalaşdırılıb.
Bundan başqa Fitch-in rəyinə görə “Unibank” və “DəmirBank”da müqayisə edilən banklara nisbətən korporotiv idarəetmənin daha yüksək keyfiyyətləri var ki, bu da şəffaflığın daha yüksək səviyyəsinə, əlaqəli tərəflərin daha aşağı səviyyədə kreditləşməsinə və maliyyə hesabatları ilə bağlı daha az risklərə gətirib çıxarır.Beynəlxalq Maliyyə təşkilatları ilə əməkdaşlıq (bu iki bankda minoritar pay sahibidirlər) xüsusi ilə, Unibank üçün kapitallaşma və likvidləşmənin möhkəmlənməsində müsbət təsir göstərib.
“Texnikabank”ın və “AGBank”ın reytinqləri əvvəlki kimi kreditödəməqabiliyyətlərinin xüsüsən ehtiyatları formalaşdırılmamış problemli kreditlər və restruktruzasiya edilmiş kreditlərlə əlaqədar problemli kreditlərin etiraf edillməsiinin gələcək potensialının zəif göstəricilərini əks etdirir. Eyni zamanda bu maliyyə təşkilatları kreditlər üzrə əlavə itkilərin zərərini yalnız müəyyən səviyyədə örtmə qabiliyyətinə malikdirlər.
Bu bankların hesabatlarına əsasən onların kapital və gəlirləri üçün mənfi cəhət faiz gəlirinin tərkibində hesablanmış lakin pul şəklində əldə edilməmiş payın yüksək dərəcədə olmasıdır(AGBank)
Eyni zamanda Fitch qeyd edir ki, hər iki bankda aktivlərin keyfiyyətinə təzyiq bir qədər azalııb, hazırda əməliyyat üçün əlverişli mühit onlara yığılıb qalmış problemləri biznesin artması hesabına tədricən həll etməyə imkan verir. Depozitlərin güçlü axını bu sektorda likvidliyi dəstəkləyir və banklara maliyyələşdirmədə öz ehtiyaclarını ödəməyə imkan verir.
Məlumatda qeyd edilir ki, bu dörd bankın reytinqlərinin yüksəlmə potensialının hazırda onların məhdud müştəri bazası və ümumilikdə balansın yüksək konsentrasiyası. Ilə qarşısı alınır ki, bu da zəif maliyyə çevikliyinə səbəb olur.
Yerli borc alanların yüksək riskli profili və xarici sarsıntılar qarşısında potensial olaraq zəif olan neftdən asılı dövri iqtisadiyyat əlavə çətinliklər yaradır.
Reytinqlərin aşağı düşməsi əməliyyat mühitinin pisləşməsi halında baş verə bilər ki, 2011-ci ildə yüksək artım tempi nümayiş etdirən banklar üçün xüsusilə həssas məqam ola bilər
( 20%-dən çox halda Texnika Bank ,Unibank AGBank)
Tikinti sektoru üzrə yüksək risk( kreditləşmə 2011-ci ilin sonunda bankın kapital həcminindən çox olub) korporativ müştərilərin kredit portfeli üzrə zəif likvidlik, və banka nəzarət edən yekun səhmdarlar üzrə məlumatın şəffaflığının aşağı olması səbəbi ilə korporativ idarəetmə üzrə narahatçılıq “Texnikabankın”reytinqinə mənfi təsir göstərən əlavə amildir.
Qarşılaşdırılan banklarla müqayisədə son dörd ildə Texnikabanka yeni kapital daxil olmayıb və bankın kapitalını artırmaq üçün səhmdarların qabiliyyətini qiymətləndirmək mümkün deyil.
Aparılan reytinq hərəkəti
AGBank
Emitent defoltunun uzunmüddətli reytinqi "B-" qısa müddətli reytinqi “B” səviyyəsində təsdiq edilib, proqnoz “sabitdir”.Dayanıqlılıq reytinqi “b”, dəstək reytinqi “5” səviyyəsində, emitent defoltunun uzunmüddətli reytinqinin dəstək səviyyəsi “dəstək səviyyəsi yoxdur” kimi təsdiqlənib
Dəmirbank
Emitent defoltunun uzunmüddətli reytinqi "B-" dən “B” səviyyəsinə yüksəlib, proqnoz “sabitdir. Qısa emitent defoltunun reytinqi “B” səviyyəsində təsdiq edilib Dayanıqlılıq reytinqi “b” səviyyəsindən “b” səviyyəsinə yüksəlib.Dəstək reytinqi “5” səviyyəsində, emitent defoltunun uzunmüddətli reytinqinin dəstək səviyyəsi “dəstək səviyyəsi yoxdur” kimi təsdiqlənib.
Unibank
Emitent defoltunun uzunmüddətli reytinqi "B-" səviyyəsindən “B” səviyyəsinə yüksəlib, proqnoz “sabitdir” .Qısa emitent defoltunun reytinqi “B” səviyyəsində təsdiq edilib.Dayanıqlılıq reytinqi “b” səviyyəsindən “b” səviyyəsinə yüksəlib.Dəstək reytinqi “5” səviyyəsində, emitent defoltunun uzunmüddətli reytinqinin dəstək səviyyəsi “dəstək səviyyəsi yoxdur” kimi təsdiqlənib.
TexnikaBank
Emitent defoltunun uzunmüddətli reytinqi "B-“ səviyyəsində təsdiq edilib , proqnoz “sabitdir” Qısa emitent defoltunun reytinqi “B” səviyyəsində təsdiq edilib.Dayanıqlılıq reytinqi “b-“,. dəstək reytinqi “5” səviyyəsində, emitent defoltunun uzunmüddətli reytinqinin dəstək səviyyəsi “dəstək səviyyəsi yoxdur” kimi təsdiqlənib.
DOSTLARINLA PAYLAŞ: