FINCA Azerbaijan 125 000-ci müştərisinə hədiyyə verdi
10 İyul 2012 Çərşənbə Axşamı 20:50
FINCA Azerbaijan bu ildə kredit məhsullarının faiz dərəcələrini aşağı salıb.
Dinamik inkişafda olan “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı ötən ay 125 000-ci müştərisinə kredit verdi. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, təşkilatın 125 000-ci müştərisi Quba filialından Fərdi Ekspres Kredit məhsulu üzrə kredit alan Xaçmaz rayonu sakini İntiqam Mirzəliyevdir.

İyul ayının 9-da Quba filialında 125,000-ci müştərinin mükafatlandırma mərasimi keçirilib. İntiqam Mirzəliyevə “FINCA Azerbaijan” tərəfindən hədiyyə təqdim edilib. Tədbirdə iştirak edən “FINCA Azerbaijan”nın Mərkəz bölgəsi üzrə Əməliyyat Meneceri bildirib ki, 131 million ABŞ dollarından artıq kredit portfelinə malik olan “FINCA Azerbaijan” QBKT 29 filial və 36 sub-filialı vasitəsilə hal hazırda 127,000 nəfərdən artıq müştəriyə xidmət göstərir.

Xatırladaq ki, müştərilərə daha da əlverişli və şəffaf xidmət göstərmək üçün bu ildə “FINCA Azerbaijan” kredit məhsullarının faiz dərəcələrini aşağı salıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar