FinansLizinq nizamnamə kapitalını artırır
09 Fevral 2011 Çərşənbə 10:45
FinansLizinq şirkətinin istiqrazlarının emissiya prospekti qeydə alınıb.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “FinansLizinq” ASC-nin təmin edilməmiş, faizli adlı sənədsiz istiqrazlarının emissiya prospekti qeydə alınıb. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası (BFB) vasitəsi ilə keçiriləcək.
BFB-dən ANS PRESS-ə verilən məlumata görə, dövlət qeydiyyat nömrəsi AZ200600657, emissiyanın həcmi 400 000 manat, yerləşdiriləcək istiqrazların sayı 800 ədəd, bir istiqrazın nominal dəyəri 500 manat, istiqrazların tədavül müddəti 720 gün, istiqraz üzrə gəlirlilik 15 faiz, faiz ödəniş dövrünün müddəti 30 gün, anderrayter “Caspian Financial” MMC-dir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: