Finans Lizinq nizamnamə kapitalını 1,8 milyon manatadək artırır
18 Mart 2011 Cümə 21:06
Finans Lizinq şirkətinin ümumi məbləği 600 min manat olan səhmlərinin emissiya prospekti qeydə alınıb.
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "FinansLizinq" lizinq şirkətinin ümumi məbləği 600 min manat olan adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydə alıb.Dövlət Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, komitə tərəfindən “FinansLizinq” ASC-nin kütləvi təklif üsulu ilə yerləşdiriləcək hər birinin nominal dəyəri 500 AZN olan 1200 ədəd faizli sənədsiz adlı istiqrazlarının buraxılışı AZ200700657 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
Qeyd edək ki, emissiyanın yerləşdirilməsi nəticəsində şirkətin nizamnamə kapitalı indiki 1,2 milyon manatdan 1,8 milyon manatadək artırılacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: