Fevralın 24-də hərrac keçiriləcək
22 Fevral 2010 Bazar Ertəsi 17:55
Bakı Fond Birjasında Mərkəzi Bankın qısamüddətli notları yerləşdiriləcək
Bu ilin fevral ayının 24-də saat 11:00-dan 12:30-dək Bakı Fond Birjasında Mərkəzi Bankın qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək. BFB-dən ANS PRESS-ə verilən məlumata görə, notların buraxılış parametrləri aşağıdakılardır:

Dövlət qeydiyyat №-si 50100825S
Ümumi həcmi 5 000 000 АZN
Hərraca çıxarılan həcm 4 000 000 AZN
Bir notun nominal dəyəri 100 АZN
Notların tədavül müddəti 33 gün
Ödəmə tarixi 29 mart 2010-cu il

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümümi sayı (rəqabətli və qeyri-rəqabətli) 3-dən artıq olmamalıdır. Hərrac zamanı, notlar buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar