Ferdi uçot sisteminde artım
22 Oktyabr 2013 Çərşənbə Axşamı 10:10
Dövlet Sosial Müdafie Fondunun ferdi uçot sisteminde şexsi hesabı olan sığortaolunanların sayında 14,7 faiz artım qeyde alınıb.
Son 9 ayda dövlət sosial sığorta sistemində fərdi hesaba malik olan sığortaolunanların sayı artıb. Belə ki, 1 oktyabr tarixinə olan statistikaya əsasən, bu ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində şəxsi hesabı olan sığortaolunanların sayında 14,7 faiz artım qeydə alınıb.

Bu ilin 9 ayı ərzində Fond tərəfindən əlavə olaraq 370 954 sığortaolunana sosial sığorta nömrəsi verilərək, onlar üçün fərdi hesab açılıb. Nəticədə Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 637 028 nəfərə yüksəlib ki, onların da 58,6 faizini kişilər, 41,4 faizini isə qadınlar təşkil edir.

Fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 23,9 faizini 30 yaşa kimi vətəndaşlar, 23,5 faizini 30-40 yaş aralığında olan vətəndaşlar, 22,7 faizini 40-50 yaş aralığında olan vətəndaşlar, 20,3 faizini 50-60 yaş aralığında olan vətəndaşlar, 9,6 faizini 60 yaşdan yuxarı olan vətəndaşlar təşkil edir.

Qeyd edək ki, 2006-cı il 01 yanvar tarixdən tətbiq olunan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar