Azərbaycanda fərdi bank sektorunun yaranması dövründən fəaliyyətə başlayan Parabank, ölkəmizin ən stabil bankları sırasına daxil olub və bu günə kimi öz mövqeyini qorumağa çalışır.
28 May Respublika Günü münasibətilə Parabank 10 May-1 İyul 2011-ci il tarixlərində “Faizlərə YOX deyək!” adlı kampaniyanın başlanmasını elan edir.
Bu kampaniyanı 28 May Respublika Gününə həsr edərək Parabank Azərbaycanda çalışan sahibkarları təbrik edir və onlara bizneslərində uğurlar arzulayaraq faizsiz biznes kreditlərini təklif edir.
Kampaniyanın əsas məqsədi – sahibkarlara faizsiz kreditdən istifadə etmək imkanı yaratmaqla, kiçik və orta biznesin inkişafını təmin etməkdir.
Kampaniya çərçivəsində sahibkarlar 10 000 Azn və artıq məbləğdə kreditləri 1 il müddətinə faizsiz əldə edə biləcəklər.
Bu kampaniya və digər məhsullarımız haqqında daha ətraflı məlumat əldə etmək üçün 139 nömrəsinə zəng vura bilərsiniz.