“Exxon Mobil” müflisləşə ola bilər
30 İyul 2009 Cümə Axşamı 23:45
“Exxon Mobil” müflisləşə ola bilər. Şirkətin rüblük mənfəəti 66 faiz azalıb.

 

Сari ilin aprel-iyun ayları ərzində Amerikanın iri enerji şirkəti olan “Exxon Mobil”in rüblük mənfəəti 2008-ci ilin analoji dövrü ilə müqayisədə 66 faiz azalıb və 4 mlrd. dollar təşkil edib. ANS PRESS-in "BBC"yə istinadən verdiyi xəbərə görə, şirkət rəhbərliyi bu cür azalmanın əsas səbəbini ötən il neft xammalı qiymətlərinin kəskin şəkildə düşməsində görür.

Əvvəllər belə bir halla İngiltərə-Holandiya müştərək neft-qaz şirkəti olan “Royal Dutch Shell” də qarşılaşmışdı.

Xatırladaq ki, ötən il neftin qiyməti tarixində rekord həcmə - bir barel üçün 150 dollara çatdıqdan sonra qlobal maliyyə böhranı fonunda durmadan düşməyə başlayıb./ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar