Expressbank növbəti pulköçürmə sisteminə qoşuldu
14 Dekabr 2010 Çərşənbə Axşamı 13:05
Bank bundan sonra “Bıstraya Poçta” ilə də əmkdaşlıq edəcək
“Expressbank” növbəti dəfə daha bir pulköçürmə sistermi ilə əməkdaşlığa başlayıb. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bank bu dəfə “Bıstraya Poçta” beynəlxalq pul köçürmə sisteminə qoşulub.
Bu sistem bankın təqdim etdiyi sistemlər üzrə beşincidir. Yaxın qələcəkdə “Contact” və “Zolotaya Korona” kimi beynəlxalq pul köcürmə sistemlərinə də bankın goşulması planlaşdırılır. Müxtəlif beynəlxalq pul köcürmə sistemlərini tətbiq etməklə bank öz müştərilərinin artan təlabatlarını ödəməyə və onlar üçün maksimum rahatlığı təmin etməyə calışır.
Qeyd edək ki, “Expressbank”ın hazırda 8 filialı fəaliyyət göstərir və onlardan 6 –sı reqionlarda yerləşir. Bankın nizamnamə kapitalı 51 milyon 352 min manat, məcmu kapitalı isə 57 milyon 50 min 683 manat təşgil edir.
DOSTLARINLA PAYLAŞ: