Expressbank nizamnamə kapitalını artırdı
02 Dekabr 2010 Cümə Axşamı 13:10
Bank Almaniyanın ən böyük bankı olan “Commerzbank AG” ilə müxbir münasibətləri qurub
Beynəlxalq münasibətlərin genişləndirilməsi çərçivəsində və korporativ müştərilərin tələblərinin təmin edilməsi məqsədi ilə “Expressbank” Almaniyanın ən böyük bankı olan “Commerzbank AG” ilə müxbir münasibətləri qurub. “Expressbank”ın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu, xarici tərəfdaşlara ödənişləri rahat icra etməyə imkan verəcək və bank diversifikasiya yolu ilə nostro hesabları səmərəli idarə edə biləcək.

Xatırladaq ki, “Expressbank” Azərbaycanın kapitallaşma həcminə görə ən iri banklarından biridi. Belə ki, Bakı Fond Birjasında bankın 10 milyon manatlıq səhm emissiyasının yerləşdirilməsi başa çatıb. Üç əqd vasitəsilə hər birinin nominal qiyməti 208 manat olan 48,077 min adi adlı sənədsiz səhm satılıb. Bankın ödənilmiş nizamnamə fondu 51 milyon manat, məcmu kapitalı 57,05 milyon manatdır.

Qeyd edək ki, “Expressbank” 1989-cu ildən 2010-cu ilin mart ayınadək “Azərnəqliyyatbank” adı ilə faliyyət göstərib. Bankın səhmlərinin 100 faiz hüquqi şəxslərə məxsusdur. Hazırda bankın respublika üzrə 8 filialı, 29 bankomatı və 8 POS-terminalı fəaliyyət göstərir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar