Expressbank ilin sonuna kimi iki yeni filial açacaq
27 İyul 2010 Çərşənbə Axşamı 12:45
Expressbank filiallarının ümumi sayı 10-a çatacaq.
Bu ilin sonuna kimi “Expressbank”ın iki yeni filialı istifadəyə veriləcək. Bu barədə “Expressbank”dan ANS PRESS-ə məlumat verilib. Bununla da bank filiallarının ümumi sayı 10-a çatdırılacaq.

Qeyd edək ki, hazırda Bakıda və ölkənin digər rayonlarında bankın 8 filialı fəaliyyət göstərir. Bank, filial şəbəkəsi vasitəsilə, öz müştərilərinə daha yaxın olmaq və onlara keyfiyyətli maliyyə xidmətləri göstərməyə çalışır. “Expressbank” ölkədə korporativ və fərdi müştərilərinə hər növ maliyyə xidmətləri göstərir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar