Expressbank Azadlıq filialı fəaliyyətə başladı
01 Noyabr 2011 Çərşənbə Axşamı 17:18
Expressbank Azadlıq filialı fəaliyyətə başladı. Yaxın zamanlarda bankın “Mərkəz” filialının və “Bakı” şöbəsinin də fəaliyyətə başlayacağı nəzərdə tutulur.
“Expressbank” ASC-nin Bakı şəhəri, Azadlıq prospekti 108 ünvanda yeni, “Azadlıq” filialı fəaliyyətə başlayıb. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bankın filialı fərdi və korporativ müştərilərə hesab açılması, depozit qəbulu, istehlak kreditləri, avto kreditlər, biznes kreditləri, plastik kartla əməliyyatlar, kommunal və mobil rabitə ödənişləri, valyuta mübadiləsi və s. digər bank xidmətləri göstərir.

Müştəri məmnunluğunun təmin edilməsi, onlara daha rahat və sürətli xidmət göstərmək, o cümlədən əməliyyatçıların xidmət keyfiyyətinin ölçülməsi məqsədi ilə filialda növbənin elektron idarə edilməsi sistemi olan Q-matic sistemi tətbiq edilib.

Yaxın müddət ərzində bankın “Mərkəz” filialı və “Bakı” şöbəsi fəaliyyətə başlayacaq. Həmçinin Nizami rayonunda “Neftçilər” filialının açılması planlaşdırılır.

Qeyd edək ki, ümumilikdə bu günə bankın baş ofisdən əlavə ölkə üzrə 9 filialı fəaliyyət göstərir ki, onlardan 6-sı regionlardadır. Bundan əlavə bankın 4 şöbəsi, 49 bankomatı və 22 POS-terminalı var.


DOSTLARINLA PAYLAŞ:

oyunlar