Ermənistan Azərbaycanı hücumla hədələyir
27 Avqust 2009 Cümə Axşamı 06:20
Müdafiə naziri Seyran Ohanyan erməni tərəfinin hücuma keçməyə də hazır olduğunu bəyan edib
“Ermənistan ordusu Azərbaycan tərəfinin militarist bəyanatlarına sakit yanaşır və istənilən təcavüzə qarşı dayanmağa hazırdır”. ANS PRESS, “Novosti Armeniya” agentliyinə istinadən xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Seyran Ohanyan ölkəsinin ictimai televiziyasına verdiyi müsahibədə deyib. Onun sözlərinə görə, “Ermənistan ordusunun istənilən təcavüzə qarşı dayanmaqdan başqa alternativi yoxdur”.
Seyran Ohanyan bildirib ki, erməni tərəfi yalnız müdafiə olunmaq yox, həm də lazım gəldikdə müxtəlif profilaktik tədbirlər keçirməyə hazırdır. O, jurnalistin söhbətin hücumdan gedib-getməməsi ilə bağlı sualına belə cavab verib: “Niyə də yox? Hücum, əks-hücum. Biz dinc əhalini müharibənin amansızlıqlarından qorumaq üçün hücuma da hazırıq”.
DOSTLARINLA PAYLAŞ: