Əmrah Sığorta nizamnamə kapitalını artırır
05 Yanvar 2010 Çərşənbə Axşamı 23:55
Əmrah Sığorta nizamnamə kapitalını artırır. Şirkət müvafiq göstəricini 2 milyon manata çatdırmaq niyyətindədir.
"Əmrah Sığorta" şirkəti səhmlərini sataraq nizamnamə kapitalını 2 milyon manata çatdırmaq niyyətindədir.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) bu şirkətin hər birinin nominal qiyməti 200 manat olan 5 min adi adlı sənədsiz səhmlərini qeydiyyata alıb. Yaxın vaxtlarda emissiya edilən 1 milyon manatlıq səhmlər Bakı Fond Birjasında açıq kütləvi təklif yolu ilə yerləşdiriləcək.

"Əmrah Sığorta" 1993-cü ildə təsis edilib. Ötən il qanunvericiliyin tələbinə uyğun olaraq təşkilati-hüquqi formasını dəyişərək açıq səhmdar cəmiyyəti olub. Şirkətin nizamnamə kapitalı 1 milyon manatdır.

Şirkətin səhmdarları iki fiziki şəxsdir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar