"Əmrah Sığorta" BFB-yə müraciət etdi
17 May 2010 Bazar Ertəsi 18:20
"Əmrah Sığorta" BFB-yə müraciət etdi. Bakı Fond Birjasında şirkətin səhmlərinin yerləşdirilməsinə başlanılacaq.
Bakı Fond Birjasına “Əmrah Sığorta” ASC-nin adi sənədli adlı səhmlərinin qeyri-kotirovka vərəqəsinə salınmasıyla bağlı müraciət olunub. 18 may 2010-cu il tarixindən etibarən BFB-də “Əmrah Sığorta” ASC-nin səhmlərinin yerləşdirilməsinə başlanılması nəzərdə tutulur.
BFB-dən ANS PRESS-ə verilən məlumata görə, dövlət qeydiyyat nömrəsi AZ100100833P, emissiyanın həcmi 1 500 000 manat, qiymətli kağızın miqdarı 7 500 ədəd, nominal dəyəri 200 manat, anderrayter isə “Çelsi Kapital” MMC-dir.
Səhmləri əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: