Əməyin istismarı ilə bağlı tədbir keçirildi
23 İyul 2010 Cümə 18:45
Əməyin istismarı ilə bağlı tədbir keçirildi. Tədbir Sumqayıt şəhərində baş tutub.
Bu gün Sumqayıt şəhərində Daxili İşlər Nazirliyinin “İnsan alverinə qarşı mübarizə idarəsi”, Beynəlxalq Miqrasiya Təşkilatı, Təmiz dünya İctimai Birliyi ilə birgə əməyin istismarı mövzusunda görüş keçirilib. Bu barədə Təmiz dünya İctimai Birliyinin sədri Mehriban Zeynalova ANS PRESS-ə məlumat verib. Görüşdə əməyin istismarı ilə əlaqədar təlim mövzusu müzakirə olunub. Təlimdə əsasən hüquq-mühafizə orqanları, prokrorluq, məhkəmə, QHT, Sosial Müdafiə Nazirliyinin əməkdaşları arasında seminar keçirilib.
Tədbirdə ölkədə bu günə qədər həyata keçirilən insan alverinin praktikasına dair maarifləndirmə işləri, cinsi istismar bağlı və s. müzakirə olunub. Tədbirdə kimlərin əmək istismarına məruz qalması, istismarçılar qurbanlarını necə cəlb etmələri, eyni zamanda beynəlxalq standartllarla və əmək təşkilatının konvensiyaları ilə bağlı məlumatlar verilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: