Əmək haqqı 6,8 faiz artıb
09 Avqust 2013 Cümə 04:21
Tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq nominal əmək haqqı daha yüksək olub.
2013-cü ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 410,8 manat təşkil edib.
Dövlət Statistika Komitəsindən bildiriblər ki, əmək haqqı ötən ilin müvafiq dövrünə nisbətən 6,8 faiz artıb.

Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq nominal əmək haqqı daha yüksək olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar