Əlirzaoğlu MMC cərimələndi
19 Yanvar 2011 Çərşənbə 15:15
Əlirzaoğlu MMC şirkətinə 4,9 min manat maliyyə sanksiyası tətbiq edib.
İstehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə polietilen torbalarının istehsalı ilə məşğul olan “Əlirzaoğlu” MMC barəsində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə işə baxılıb. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Dövlət Xidməti “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərini pozduğuna görə, “Əlirzaoğlu” MMC-yə 4,9 min manat maliyyə sanksiyası tətbiq edib.
Qeyd edk ki, Dövlət Xidməti ənənəvi monitorinqlər davam etdirir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: