Elektrik enerjisi istehlakı azalıb
01 Sentyabr 2009 Çərşənbə Axşamı 12:56
"Azərenerji” 7 aya 2,3 milyard kilovatsaata yaxın elektrik enerjisi istehlak edib
Bu ilin 7 ayı ərzində “Azərenerji” ASC 2,3 milyard kilovatsaata yaxın elektrik enerjisi istehlak edib. Qurumun Enerji Təchizat İdarəsindən verilən məlumata görə, bu il istehlak 536 milyon kilovatsaatdan çox (18,6%) azalıb. Ümumi ödəniş isə 86,8% olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,3% çoxdur. Daimi əhali istehlakçı qrupunda istehlakda da azalma qeydə alınıb. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 296,6 milyon kilovatsaat azalaraq, 781,8 milyon kilovatsaata yaxın olub.
7 aylıq yekunda “Şirvan” və “Mingəçevir” SES-ləri, “Ağstafa”, “Ucar”, “Göyçay” “Hacıqabul” Paylayıcı Elektrik Şəbəkələri (PEŞ) ümumi ödənişdə (debitor borcları nəzərə alınmaqla) 100 faizdən yuxarı göstərici əldə edib. Ən yüksək göstərici “Şirvan” SES-də (109,1%), ən aşağı isə “Ağdam” PEŞ-də (66,4%) qeydə alınıb.
DOSTLARINLA PAYLAŞ: