EkspressBank və Rabitəbank nizamnamə kapitalını artırır
25 İyul 2011 Bazar Ertəsi 22:30
"EkspressBank" və "Rabitəbank" səhm emissiyasına başlayır.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “ExpressBank” ASC-nin hər birinin nominal dəyəri 231,13 manat olan 245 194 ədəd adi sənədsiz adlı səhmlərinin, buraxılışı AZ100300540P qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb. Komitənin İctimaiyyətlə əlaqələr sektorundan ANS PRESS-ə verilən məlumata görə, səhmlər “ExpressBank” ASC-nin qeydiyyat nömrəsi AZ100200540 və hər birinin nominal dəyəri 208 manat olan 245 194 ədəd adi adlı sənədsiz səhmlərinə dəyişdirilmə yolu ilə yerləşdiriləcək.
Məlumata görə, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Rabitəbank” ASC-nin hər birinin nominal dəyəri 20,29 manat olan 165 988 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışı AZ100200355P qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: