Ekonomist analitik jurnalının növbəti sayı çapdan çıxıb
10 İyul 2012 Çərşənbə Axşamı 10:21
Azərbaycanın «Ekonomist» MMC-nin təsis etdiyi «APA-Ekonomist» aylıq analitik jurnalının növbəti buraxılışı çapdan çıxıb.
«APA-ECONOMICS»in məlumatına görə, 2010-cu ilin fevral ayından nəşr olunan jurnalın artıq 28 buraxılışı işıq üzü görüb.

«APA-Ekonomist» jurnalında oxucular Azərbaycanın sosial-iqtisadi həyatının müxtəlif sahələri üzrə icmal və analitik xarakterli məqalə və araşdırma yazıları ilə tanış ola bilərlər. Jurnalın bu sayında ölkənin 2012-ci ilin I rübü üçün tədiyyə balansının təhlili, neftin son zamanlar kəskin ucuzlaşmasının səbəb və nəticələri, Asiya İnkişaf Bankının Bakıdakı nümayəndəsi ilə müsahibə, ölkənin dövlət borcunun təhlili, sığorta şirkətlərinin renkinqi, həmçinin Bakının qadın ayaqqabı bazarının araşdırılması və s. məqalələr dərc olunub.

Qeyd edək ki, «APA-Ekonomist» jurnalını həm redaksiya vasitəsilə, həm də «Qasid», «Qaya» və «Azərmətbuatyayım» şirkətlərinin Bakı və Sumqayıt şəhərləri ərazisində fəaliyyət göstərən köşklərində abunə olmaq və almaq mümkündür. Bununla yanaşı, «Ekonomist» və «Metro-Servis» şirkətləri arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, jurnalın buraxılışlarını Bakı Metropoliteninin stansiyalarında da almaq olar.

Jurnal ayda bir dəfə, rus dilində, 3 min tirajla, A4 formatında nəşr olunur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar