Ehalinin gelirleri artıb
15 Noyabr 2013 Cümə 09:40
Son on ayda ehalinin gelirleri orta hesabla ayda 313 manat teşkil edib.
Bu ilin yanvar-oktyabr aylarında ehalinin her neferine düşen gelirler keçen ilin eyni dövrü ile müqayisede 6.4 faiz artıb. ANS PRESS-in Dövlet Statistika Komitesine istinaden verdiyi melumata göre, son on ayda ehalinin gelirleri orta hesabla ayda 313 manat teşkil edib.
Bu dövr erzinde ölke ehalisi terefinden elde edilmiş 29.1 milyard manatlıq gelirin 68 faizi son istehlak xerclerine, 9.0 faizi vergiler, sosial sığorta ve könüllü üzvlük haqlarının, 1.7 faizi kreditler üzre faizlerin ödenilmesine serf edilib. 21.3 faizi ise yığıma yöneldilib.
Bütün icbari ve könüllü haqlar ödenildikden sonra ehalinin serencamında 26,5 milyard manat hecminde ve ya evvelki ildekinden 7,6 faiz çox vesait qalıb.
DOSTLARINLA PAYLAŞ: