Əhalinin gəlirləri 19 faiz artıb
18 Noyabr 2011 Cümə 17:20
Yanvar-oktyabr aylarında müvafiq göstərici 24,5 milyard manat təşkil edib.
Bu ilin yanvar-oktyabr aylarında ölkə əhalisinin gəlirləri 19.0 faiz artaraq 24.5 milyard manat təşkil edib. Dövlət Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, bu vaxt ərzində adambaşına düşən gəlirlər 17.4 faiz yüksələrək 2713.6 manata və ya orta hesabla ayda 271.4 manata çatıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar