Əhalinin əmanətlərinin həcmi 30 faiz artıb
10 Mart 2010 Çərşənbə 10:20
Fevralın 1-nə kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin ümumi həcmi 4462,4 milyon manat olub
Bu ilin fevral ayının 1-nə kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin ümumi həcmi 4462,4 milyon manat təşkil edib. Mərkəzi Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bunun 2385,8 milyon manatı əhali tərəfindən yerləşdirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz çoxdur. Depozitlərin 2076,7 milyon manatı isə qeyri-maliyyə təşkilatlarının payına düşür.
2010-cu il fevralın 1-nə banklara qoyulan əmanətlərin 984,9 milyon manatı (41,3 faiz) manatla, 1400,8 milyon manatı (58,7 faiz) isə xarici valyuta ilə cəlb edilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar