Əhalinin banklardakı əmanətləri 32 faiz artıb
26 Oktyabr 2010 Çərşənbə Axşamı 17:55
Əmanətlərin məbləği 2,8 milyard manat təşkil edib.
Bu il oktyabrın 1-nə olan məlumata görə, əhalinin banklardakı əmanətlərinin məbləği 2,8 milyard manat təşkil edərək əvvəlki ilin eyni dövrü ilə müqayisədə 32 faiz artıb. Bu barədə Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bildirib. Onun sözlərinə görə, əmanətlərin 1 245,6 milyon manatı (44,5 faizi) milli, 1 552,7 milyon manatı (55,5 faizi) xarici valyuta şəklində qoyulub və əvvəlki ilə nisbətən müvafiq olaraq 54,8 və 18,1 faiz artıb.
“Həmin vəsaitlərin 93,3 faizi (2,6 milyard manatı) özəl banklara qoyulmuş əmanətlərin payına düşüb”, - deyə o vurğulayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: