Əhali mənfəət vergisindən azad ediləcək
25 Dekabr 2009 Cümə 12:45
Əhali mənfəət vergisindən azad ediləcək. Qanun 2010-cu il yanvarın 1-dən qüvvəyə minəcək.
Azərbaycan vətəndaşlarının əhalinin banklarda və qeyri-bank kredit təşkilatlarında əmanətləri üzrə faizləri qismində gəlirləri 2013-cü ilədək mənfəət vergisindən azad ediləcək. Prezident İlham Əliyev vətəndaşların əhalinin banklarda və qeyri-bank kredit təşkilatlarında əmanətləri üzrə əldə olunmuş gəlirlərindən mənfəət vergisinin alınması üçün moratoriumun daha 3 il müddətinə uzadılmasını nəzərdə tutan qanunu təsdiqləyib. Bu qanun 2010-cu il yanvarın 1-dən qüvvəyə minəcək.
Xəbər verildiyi kimi, qanunun qüvvəyə minməsi əmanətçilərə ildə ən azı 20 milyon manat və ya bu qanunun qüvvədə olduğu 3 il ərzində (2010-2012-ci illər - İF) ən azı 60 milyon manat məbləğində vergi güzəştləri almağa imkan verəcək.
Qeyd edək ki, əhaliyə banklardakı əmanətlərə görə ödənilən faizlər üzrə vergiqoyma ilə bağlı güzəştlər 1999-cu ilin yanvarından tətbiq olunur. İkinci dəfə bu güzəştlərin qüvvədə olma müddəti 2004-cü ilin yanvarından 3 il müddətinə uzadılıb. 2007-ci ilin yanvarından bu güzəştlərin qüvvəsi yenidən daha üç il müddətinə uzadılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar