Əhali 11 milyard manatdan çox pul xərcləyib
21 Yanvar 2010 Cümə Axşamı 17:35
Vətəndaşların ərzaq və qeyri-ərzaq mallarına xərcləri 8,9 faiz artıb
Azərbaycan əhalisi ötən il ticarət obyektlərindən 11 milyard 828,5 milyon manat məbləğində ərzaq və qeyri-ərzaq malları alıb. Bu da ötən ilin analoji dövrünün göstəricisindən 8,9 faiz çoxdur. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə əhali 7 milyard 635 milyon manatlıq ərzaq, 4 milyard 193,5 milyon manatlıq qeyri-ərzaq malları alıb. 2008-ci ilin analoji dövrü ilə müqayisədə malların alınması həcmi müvafiq olaraq 10,6 faiz və 4,9 faiz artıb.
Ötən il Azərbaycan əhalisinə 4 milyard 88,2 milyon manat məbləğində xidmət göstərilib. Bu da 2008-ci ilin analoji dövrünün göstəricisindən 12,5 faiz çoxdur. Bununla yanaşı xidmətlərin 79,6 faizi hüquqi, 20,4 faizi isə fiziki şəxslər tərəfindən göstərilib. 2008-ci ilin analoji dövrü ilə müqayisədə onlar tərəfindən göstərilən xidmətlərin ümumi həcmi müvafiq olaraq 12,4 faiz və 12,9 faiz artıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: