Dünyanın ən bahalı mənzili
12 Avqust 2010 Cümə Axşamı 17:35
Dünyanın ən bahalı mənzili. 2 160 kvadratmetrlik mənzil 220 milyon dollara satılıb.
İngiltərənin paytaxtı Londonun ən bahalı hissəsi olan “Knightsbridge”də inşa olunan “One Hyde Park” rezidensiyasının sonuncu mərtəbəsində yerləşən 2 160 kvadratmetrlik mənzil 140 milyon funtsterlinqə yəni 220 milyon dollara satılıb. Bir kvadratmetri təqribən 101 min dollara satılmaqla rekord qıran mənzilin sahibinin rus neft maqnatlarından birinin yaxud da ərəb şeyxi olduğu ehtimal olunur.
İki mərtəbəni əhatə edən bu mənzil güllə keçirməyən şüşələrlə əhatə olunub. Dəmir-beton-şüşə konstruksiyadan ibarət olan rezidensiya zəhərli qazları təsirsiz vəziyyətə gətirən xüsusi ventilyasiya sistemi ilə təchiz olunub. Mənzil xüsusi bunkerlə də təchiz olunub ki, ev sahibi baş verə biləcək hər hansı bir hücum, soyğun təhlükəsi zamanı burada gizlənə bilər. İçərisində şərab saxlamaq üçün xüsusi anbarı olan mənzildən yeraltı yol vasitəsi ilə yaxınlıqdakı “Heston Blumenthal” restoranına da yol var. İngiltərə ordusunun Xüsusi Aviasiya Xidmətinin keçmiş zabitlərinin qoruduğu binada ümumilikdə 80 mənzil nəzərdə tutulub ki, bunların da təqribən 2/3 hissəsi artıq satılıb.
Nyu Yorkda inşa oluan “Knightsbridge” yaşayış kompleksində satılan mənzil isə dünyada ən bahalı ikinci mənzil hesab olunur. Mərkəzi Parka mənzərəsi olan mənzil 70 milyon dollara satılıb.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: