Dünyada ən çox neft ehtiyatına malik ölkə məlum olub
20 Yanvar 2011 Cümə Axşamı 10:40
Venesuela neft ehtiyatlarının həcminə görə Səudiyyə Ərəbistanını arxada qoydu.
Venesuela Səudiyyə Ərəbistanını arxada qoyaraq, neft ehtiyatlarına görə dünyada birinci yerə çıxıb. Venesuela hökuməti elan edib ki, ölkə tədqiq edilmiş neft ehtiyatlarının həcminə görə dünyada ilk yeri tutur.

Venesuelanın energetika və neft naziri Rafael Ramiresin sözlərinə görə, 2010-cu ilin sonuna ölkədə 217 milyard barrel neft var: “Bu gün bizə məlum olan neft yataqlarının ehtiyatları 297 milyard barrel həcmində ölçülür”.

Beləliklə, Neft İxracatçıları Ölkələri Təşkilatı – OPEK-in məlumatına görə, neft ehtiyatlarına görə uzun illərdir lider olan və 266 milyard barrel neft ehtiyatına sahib olan Səudiyyə Ərəbistanı ikinci yerə düşüb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar