Dünyada biznesin vəziyyəti ilə bağlı illik hesabat yayılıb
09 Sentyabr 2009 Çərşənbə 06:05
Reytinq cədvəlində Azərbaycan dünyada 38-ci, postsovet məkanında isə 5-ci yerdədir
Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası dünyanın 183 ölkəsində biznes qurulması şəraiti ilə bağlı növbəti hesabatını (Doing Business-2010) açıqlayıb. Sinqapur, Yeni Zellandiya, Şonkonq və ABŞ reytinqdə liderliklərini qoruyublar. Hesbatda deyilir: “Sinqapur və Honkonq (Çin) sahibkarlıq fəaliyyəti üçün daha əlverişli şərait yaradılan ölkələr sırasındadır. Bu ölkələrdə islahatlar ardıcıl həyata keçirilir. Sinqapur artıq dördüncü ildir ki, reytinqdə birinci yeri tutur. Ötən il bu ölkədə yeni müəssisələrin yaradılması, tikintiyə icazə alınması və mülkiyyət hüququnun ötürülməsi proseslərini asanlaşdıran onlayn və elektron prosedurlar həy1ata keçirilib”.
Keçmiş SSRİ ölkələri arasında ən yüksək nəticə Gürcüstana məxsusdur. Bu ölkə reytinqdə 16-cı yerdən 11-ci pilləyəcək irəliləyib. Estoniya iki (24), Litva isə bir pillə (26) geriləyib, Latviya isə 30-cu yerdən 27-ci pilləyə qalxıb. Azərbaycan ötən ilki mövqeyini qoruya bilib və bu ilki reytinqdə də 38-ci yeri tutur. Ən ciddi irəliləyiş Qırğızıstana məxsusdur. Bu ölkə həyata keçirilmiş yeddi islahat nəticəsində 80-ci yerdən 41-ci pilləyə yüksəlib. Rusiya reytinqdə geriləyib və 118-ci yerdən 120-ci yerə düşüb. Digər postsovet ölkələrinin reytinqdəki mövqeləri belədir: Ermənistan (43), Belarus (58), Qazaxıstan (63), Moldova (108), Ukrayna (142), Özbəkistan (150), Tacikistan (152). ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar