Dünyada 212 milyon nəfər iş axtarır
27 Yanvar 2010 Çərşənbə 12:40
215 milyon nəfər işçi isə kasıblıqla yoxsulluq arasında balansı saxlamağa çalışaraq yaşayıb.
Ötən il bütün dünya üzrə işsizlik rekord hətta çatıb. Belə ki, 2009-cu ildə bu rəqəm 212 milyon nəfərə çatıb. 2007-ci ildən bu yana, bu göstərici 34 milyon nəfər artıb. Bu barədə Beynəlxalq Əmək Təşkilatının illik hesabatında bildirilib.
Dünyada qeyri-stabil məşğulluqla işləyən insanların sayı artıq 1.5 milyard nəfərə çatıb. Bu isə dünya əhalisinin işləyən hissəsinin tam yarısı – 50.6 faizi deməkdir. Ötən il ərzində isə bu rəqəm 110 milyon nəfər artıb.
Beynəlxalq təşkilatın məlumatına görə, dünyada 633 milyon nəfər və onların ailələri günü 1.25 dollara dolanıblar. 215 milyon nəfər işçi isə kasıblıqla yoxsulluq arasında balansı saxlamağa çalışaraq yaşayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: